23 Dekabr 2024
Kateqoriyasız

“İmarət” bəyanat yayaraq “Xəzər Lənkəran”ın azarkeşlərinə səsləndi

“Qarabağ”ın “İmarət” azad azarkeş qrupu Premyer Liqanın XX turunun “Xəzər Lənkəran”la oyununda baş vermiş məlum hadisə ilə bağlı bəyanat yayıb.

Həmin bəyanatı olduğu kimi sizə təqdim edirik:

“Əziz və hörmətli futbol ictimaiyyəti, bildiyiniz kimi Azərbaycan çempionatının son turu çərçivəsində Suraxanı qəsəbə stadionunda keçirilən Qarabağ-Xəzər Lənkəran matçının gedişi zamanı bir neçə azarkeş rəqib komandanın yarımmeydançasına yaxın olan sektorlara keçərək, meydançaya bir neçə kəsilmiş limon parçası atmışlar.İmarət Azarkeş Qrupu adından nəzərinizə çatdırırıq ki, həmin hərəkət Azarkeş Qrupumuzun üzvləri tərəfindən özbaşınalığa yol verməklə yanaşı, nəticəsi təhqirə, sayğısızlığa, ayrıseçkiliyə hesablanmamış formada həyat keçirilmişdir.Qeyd etməliyik ki, nə oyundan əvvəl, nə də oyunun gedişi zamanı istər Azarkeş qrupunun rəhbərliyi, istərsə də tribuna liderləri tərəfindən bu cür hərəkətlə bağlı heç bir fikir olmamış, ümumiyyətlə bu məsələ müzakirə edilməmişdir.Eyni zamanda qeyd etməliyik ki, dünənki tarixə kimi, yəni biz açıqlama verən vaxta qədər həmin azarkeşlərin “İmarət”in üzvüləri olması barədə ictimaiyyətin heç bir məlumati olmamışdır.Biz, həmin xoşagəlməz halın kimlər tərəfindən yaradıldığını müəyyən etdikdən sonra bu barədə açıqlama vermiş,nəinki həmin hərəkətə haqq qazandırmamış, hətta bu məsələni tənqid etmiş, bu hala yol verən üzvülərimizi Azarkeş qrupumuzdan müvəqqəti olaraq kənarlaşdırmışıq.İdarə heyətinin son iclasından sonra müəyyən edilmişdir ki, stadiona limon atan şəxslərin məqsədi yalnız rəqib komanda azarkeşlərini qıcıqlandırmaq olmuşdur.Buna görə də tərəfimizdən onların yol verdiyi özbaşınalığı dərk etmələri üçün Azarkeş qrupumuzdan kənarlaşdırılması qərara alınmışdır.

Bundan əlavə olaraq bildirməliyik ki, Azərbaycanımızın digər rayonlarl kimi Lənkəran rayonu, ümumiyyətlə cənub regionu haqqında Qrupumuzda heç vaxt ayrıseçkiliyə yönəlmiş fikirlər olmamış, heç bir vaxt bu istıqamətdə hər hansı bir hərəkət edilməmişdir.Bununla yanaşı, Ölkəmizin ən çətin vaxtlarında, Qarabağ müharibəsi dövründə Lənkaranlıların şücaətlə döyüşməsini, vətənimizi müdafiyəyə qalxmalarını, yüzlərlə şəhid verməsini də unutmamışıq.Yarandığımız gündən bu günə kimi, məqsədimizin, amalımızın vətənpərvərliyin təbliği olması bütün ictimaiyyətə məlum olduğu üçün, son günlərdə qeyd edilən hadisələrlə bağlı bəzi şəxslər tərəfindən qərəzli yanaşmalara, yazılara, çıxışlara yol verməsi, əsassız yerə müəyyən maraqlara xidmət etməklə gündəmi dəyişmək cəhdi bizi üzür və kollektivimizdə təəssüf hissi doğurur.Xəzər Lənkəran futbol klubunun, eləcə də aparıcı Azarkeş quruplarının məsələ ilə bağlı indiyə qədər şişirdilmiş reaksiya verməməsi qarşı tərəfin də baş vermiş olayları sıradan bir hadisə kimi qəbul etməsinin göstəricisidir.Qurumumuz adından Lənkəran rayonu, eləcə də cənub regionunda yaşayan hər bir soydaşımıza səsələnirik ki, bu cür provakasiya tipli çıxışlara məhəl qoymayacaqlarına ümid edirik.Bu hadisələri milli ayrıseçkilik, rayon camaatını təhqir kimi qələmə verənlərin isə başda Lənkəranlılar olmaqla hər birimizdən üzür borcu olduğunu diqqətinizə çatdırırıq.

Diqqətinizə görə minnətdarıq !

İmarət Azarkeş Qrupu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43