17 Sentyabr 2024
Ölkə futbolu

“İmkanlardan istifadə etsəydik, nəticələr fərqli olardı” – millimizin futbolçusu

“Oyunlara yaxşı başlayırıq. Sadəcə qol imkanlarından istifadə edə bilmirik. Belə olanda da çətin olur. İmkanlardan istifadə etsəydik, nəticələr fərqli olardı”.

Bu sözləri İdmanxeber.az saytına U-21 millimizin futbolçusu Abdulla Rzayev Avropa çempionatı seçmə mərhələsi çərçivəsində keçirilən Lüksemburq və Serbiya görüşləri barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Dünənki matçda da pis oynamadıq. Serbiyaya qarşı yaxşı mübarizə apardıq. Çox saylı qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Qrupumuzda çox güclü komandalar var. Rəqiblərin futbolçuları yaxşı liqalarda çıxış edir. Bizim oyunçular isə klublarında az forma şansı qazanır. Futbolçular komandalarında nə qədər çox oynasa, daha hazır olar.

Biz də əlimizdən gələni edirik ki, yaxşı nəticə qazanaq. Ələ düşən imkanlaraan istifadə etsəydik, nəticə başqa olardı. Penaltini qaçırmasaydıq, geridönüş edə bilərdik. Qarşıda iki oyunumuz var. Bu görüşlərdə əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43