24 Sentyabr 2024
Ölkə futbolu

“İnanıram ki, “Neftçi”də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına açıqlamasında Dembo Darbonun transfer olunmasına münasibət bildirib.

İdmanxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun keçidi barədə bunları deyib:

“Dembo Darbo “Neftçi” üçün yaxşı transferdir. O, hücum xəttimizi gücləndirə və zənginləşdirə biləcək keyfiyyətlərə malikdir. Çox yaxşı tanıdığım futbolçudur. Biz birlikdə Belarus çempionu olmuşuq. Dembo çoxlu qol vururdu. İnanıram ki, “Neftçi”də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq”.

Qeyd edək ki, “Neftçi” Dembo Darbo ilə 2 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43