“İki fərqli hissə izlədik. “Zirə” ilə ilk hissədə pis oynadıqsa, ikinci hissə əvəzetmələrdən sonra yaxşı oynamışdıq. Bu dəfə tam əksi oldu. Səbəbini axtaracağıq”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 10-cu turunun “Sumqayıt”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Müdafiə bütün komanda deməkdir. Burada da problemlər var idi. Birdən-birə 4 əvəzetmə etdim. Bir az yeniləmək istədik. Rəqib boşluqlar tapırdı. Buna görə əvəzetmələr etdik. Təəssüf ki, düşündüyümüzdən fərqli oldu. Ancaq “Zirə” ilə oyunda məhz bu oyunçular fərq yaradıb, xeyir vermişdilər.
Mövsümün əvvəlindəki “Sumqayıt” oyunu ilə müqayisə etsək, indi daha müdrik oynamağa başlamışıq. Həm hücumda, həm də müdafiədə belədir. Tovuzda da, burada da ikinci hissənin əvvəlini uduzmuşduq”.