UEFA-nın baş katibi Canni İnfantino FİFA-nın yeni prezidenti seçilib.
İdmanxeber.com-un məlumatına görə, 45 yaşlı iş adamı 207 səsdən 115-ni qazanıb.
İnfantino FİFA prezidenti kimi ilk sözlərini deyib:
“Əziz dostlar, keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Mən uzun və maneəli yol keçdim. Hansındaki çoxlu insanlar tanıdım. Bu insanlar FİFA-nın yaxşı qurum olmasını görməyə layiqdilər. Biz FİFA-nın itmiş imicini qaytaracağıq və onunla qürur duyacağıq”