Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komandalar ABŞ və İngiltərə yığmaları olub.
İdmanxeber.az-ın məlumatına görə, İranla oyununda 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksələn amerikalılar Niderland millisi ilə qarşılaşacaq.
B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanan İngiltərə yığması isə 1/8 final mərhələsində A qrupunda ikinci yeri tutmuş Seneqal komandası ilə görüşəcək.