05 Avqust 2021
Kateqoriyasız

İngiltərə, Xorvatiya və Çexiya 1/8 finalda

AVRO-2020-nin qrup mərhələsi davam edir. III turun daha iki matçı keçirilib.

D qrupunda Çexiya İngiltərə ilə, Xorvatiya isə Şotlandiya ilə qarşılaşıb. İngiltərə Çexiyaya 1:0 hesabı ilə qalib gələrək xalını 7-ə çatdırıb və qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Məğlubiyyət Çexiyanı 3-cü yerə salıb. 4 xalı olan komandanın ən yaxşı 3-cülərdən biri kimi 1/8 finalda oynamaq hüququ qazanıb.

Digər matçda isə Xorvatiya Şotlandiyaya qalib gəlib – 3:1. Bu qələbə sayəsində xalını 4-ə çatdıran və top fərqində Çexiyanı üstələyən Zlatko Daliçin komandası 2-ci yerin sahibi kimi pley-offa çıxıb. 1 xal toplayan Şotlandiya isə qrup sonuncusu kimi turnirlə erkən vidalaşıb.

AVRO-2020
III tur

22 iyun

D qrupu

23:00. Çexiya – İngiltərə – 0:1
Qol:
 Sterlinq, 12

23:00. Xorvatiya – Şotlandiya – 3:1
Qollar: 
Vlaşiç, 17, Modriç, 62, Perişiç, 77 – Makqreqor, 42


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sabah”ın 35 yaşlı yeni transferi ilə bağlı ilginc faktlar

admin

“Sumqayıt” Ankaranı seçdi

admin

“Qalatasaray” bu heyətlə Bakıya gəlir – 7 futbolçunu gətirmirlər

admin