U-21 millimizin Avropa çempionatının seçmə mərhələsinin 10-cu turu çərçivəsində keçiriləcək İngiltərə – Azərbaycan matçına hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, görüş xorvatiyalı qadın hakim İvana Martinçiç olacaq. Ona yan xətt hakimləri qismində Sanya Rodyak-Karşiç və Maya Petraviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sabina Boliç yerinə yetirəcək.
Oktyabrın 15-də “Ashton Gate” stadionunda keçiriləcək İngiltərə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.