22 Oktyabr 2024
Milli komanda

İngiltərə – Azərbaycan oyununa necə baxaq?

Bu gün 21 yaşlılardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv səfərdə İngiltərə ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:30-da başlayacaq oyun ölkəmizdə canlı yayımlanacaq. CBC Sport bu matçı birbaşa nümayiş etdirəcək. Bundan başqa, Böyük Britaniyanın The FA Player kanalı da bu matçı canlı yayımlayacaq 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43