25 Noyabr 2024
Dünya futbolu

İngiltərə klubu bombardiri ilə müqavilə uzatdı

“Aston Villa”nın hücumçusu Con Duran müqaviləsini uzatmağa razılaşıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub. 20 yaşlı kolumbiyalı 2023-cü ilin əvvəlində təxminən 16 milyon avroya “Çikaqo”dan “Aston Villa”ya keçmişdi.

Duran bu mövsüm komandanın bombardiridir. Bütün yarışlarda 10 matçda 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43