İngiltərənin “Lester” klubu ardıcıl məğlubiyyətlərin ardından məşqçiləri ilə vidalaşıb.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik məşqçilər heyətində yer alan iki mütəxəssisi göndərib. Onlara xidmətlərinə görə təşəkkür edilib.
Xatırladaq ki, komandanın baş məşqçisi Rud van Nistelroydur. Lester” 26 turdan sonra Premyer Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.