İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi “Plimut”un baş məşqçisi ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi 38 yaşlı mütəxəssisi komandaya dəvət etməkdə maraqlıdır. Son klubu “Birmingem” olan Runi də futbola qayıtmağa hazırdır. Tərəflər arasında danışıqların yaxın günlərdə baş tutacağı gözlənilir.
İngiltərəli mütəxəssis “Birmingem”lə yanaşı, “Derbi” və “DC Yunayted”də məşqçi kimi çalışıb.