22 Oktyabr 2024
Dünya futbolu

İngiltərə millisi baş məşqçi axtarır – əsas namizəd Tuxeldir

İngiltərə Futbol Assosiasiyası milli komandanın başına keçməsi üçün Tomas Tuxellə danışıq aparır.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik yığmanın Millətlər Liqasının 3-cü turunda Yunanıstana uduzduqdan (1:2) sonra baş məşqçi axtarışlarını sürətləndirib.

Bundan əvvəl FA İngiltərə millisinə rəhbərlik etmək üçün “Mançester Siti”dən Pep Qvardiolanı dəvət etmişdi. 53 yaşlı mütəxəssis cavab verməyə vaxt ayırdığı üçün hazırda namizədlərdən biri kimi qəbul edilmir. Qeyd olunur ki, federasiyanın əsas seçimi Tuxeldir.

51 yaşlı almanla müqavilənin bir çox detalları hələ razılaşdırılmasa da, ən qısa zamanda İngiltərənin yeni baş məşqçisi təyin oluna bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43