İngiltərə Çempionşipdə mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bu, “Bernli”nin çalışdırıcısı Vinsent Kompanidir. Belçikalı mütəxəssisin komandası növbəti mövsümdən Premyer Liqada iştirak edəcək.
37 yaşlı çalışdırıcı bu ada layiq görüldüyü üçün çox sevincli olduğunu bildirib:
“Uzun bir yol oldu və mənə kömək edən bütün insanlara minnətdaram. Məni dəstəkləyən insanların əhatəsində olduğum üçün yol boyu hər addımımdan həzz aldım”.