“Mançester Siti”nin yarımmüdafiəçisi Kalvin Fillips qış transfer pəncərəsində komandanı tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, yayda Kevin de Bruynenin zədəsi və İlkay Gündoğanın “Barselona”ya getməsi səbəbindən “şəhərlilər” 27 yaşlı ingilisi buraxmaq istəmirdi.
Fillips AVRO-2024-də İngiltərə yığmasındakı yerini itirməmək üçün daha çox oyun keçirəcəyi klubda oynamaq istəyir.
Bu mövsüm Fillips bütün turnirlərdə 5 oyun keçirib, heç bir qol vurmayıb. O, ötən yaydan “Mançester Siti”də çıxış edir.