13 Sentyabr 2024
Ölkə futbolu

İngiltərəli tanınmış hakim “Qarabağ”ın oyununda

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” –  “Dinamo” görüşü İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Maykl Oliverə Stüart Burt və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək.

 “Qarabağ” – “Dinamo” matçı avqustun 28-də, saat 20:45-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43