Müqavilə ilə “Barselona”ya məxsus Boyan Krkiç yeni mövsümdən etibarən karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, 23 yaşlı forvard “Stok Siti” ilə 4 illik müqavilə imzalayıb.
İcarə əsasında “Ayaks”da çıxış etmiş futbolçuyla bağlanan müqavilənin detalları haqqında hər hansı məlumat verilmir.