22 Oktyabr 2024
Kateqoriyasız

İngiltərə yığmasında yeni sima – Venqer gəlir?

İngiltərə millisində boş qalan baş məşqçi vəzifəsinə ən real namizəd “Arsenal”ın çalışdırıcısı Arsen Vengerdir.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Britaniya mətbuatı xəbər yayıb.

Fransalı mütəxəssisin “Arsenal”la müqaviləsi gələn ilin yayında başa çatacaq. İngiltərə Futbol Federasiyasının Vengeri bir il gözləməyə hazır olduğu bildirilir. Bu müddət ərzində isə millini gənclər yığmasının baş məşqçisi Qaret Sautqeytin çalışdırcağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43