İngiltərə Kubokunda dünən “Çelsi”nin səfərdə “Arsenal”ı 0:2 hesabı ilə məğlub elədiyi matçdan sonra maraqlı anlar yaşanıb.
Belə ki, “Arsenal”ın ulduz futbolçusu Məsut Özil qarşılaşma bitdikdən sonra sabiq komandası “Real”da rəhbərliyi altında çıxış etdiyi Joze Mourinyoya yaxınlaşıb və formasını ona hədiyyə edib.