Azərbaycan U-17 millisinin baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokundakı çıxışı barədə danışıb.
İdmanxeber.az xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında ilk olaraq üçüncü yer uğrunda Özbəkistan yığması (1:2) ilə keçirilən görüşü dəyərləndirib:
İlham Yadullayev U-17-nin turnirdəki çıxışından razı qaldığını söyləyib: “Komandamız turnirdə pis çıxış etmədi. Maksimum dərəcədə ən yaxşı nəticəni qazanmağa çalışdıq. Üçüncü yeri tutmaq şansımız var idi. Təəssüf ki, bu alınmadı. Futbolçulardan razıyam. Tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar”.
Qeyd edək ki, qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gələn U-17 millimiz üçüncü yer uğrunda görüşdə Özbəkistan seçməsinə (1:2) uduzub.