05 Oktyabr 2022
Dünya futbolu

“İnsanlara “Qalatasaray” məni istəmədi” deməyə utanırdım” – Arda Turan

“Mən istəsəydim hələ də “Barselona”da qalardım. Mənə orda “get” deyən olmayıb. Sadəcə mən özüm bu yolu seçdim. Valverdenin sisteminə uyğun gəlmədiyim üçün oynaya biləcəyim yerə getdim. Məsələ bu qədər sadədir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin sabiq üzvü Arda Tutan ölkə mətbuatına verdiyi müsahibədə deyib . O, “Barselona”dan ayrılmasında Messinin rolunun olub-olmamasına da münasibət bildirib:

“Komandadan ayrılmamda Messinin bir fazi belə rolu yoxdu. Bəli, Leonun orada bəlli bir ağırlığı var. Ancaq onunla münasibətim hər zaman yaxşı olub. Bütün komanda ilə mehriban olmuşam. Bu gün də Pike, Neymar, Dani Alveslə münasibətlərim yaxşıdı. İspaniyada məni başqa cür tanıyırlar. İnsanlar məni “Barsa”ya getdiyim üçün qınayırlar. Ancaq bu gün də həmin qərarı verərdim. “Barselona” mənim üçün xəyal idi və mən o xəyalı gərçəkləşdirdim”.

A. Turan doğma komandası olan  “Qalatasaray”a qayıtmamasının səbəbini belə açıqlayıb:

“”Qalatasaray” məni heç vaxt istəmədi. 6 ay müddətində boşda qaldım. O vaxtki rəhbərlikdən təklif belə gəlmədi. Mən “Qalatasaray”a nə etmişəm ? Oradan ayrılarkən 13-14 milyon avro pul qazandırmışam.  Dünyanın hər eyrində “Qalatasaray”lı olduğumu demişəm. Mənim nə etdiklərim, nə dediklərim ortadadır. Təbii ki, hazırkı başkan Mustafa çengiz və baş məşqçimiz Fatih Terimi bu məsələlərdən ayrı tuturam. Hər kəs Arda “Qalatasaray”a gəlmədi” deyirdi. Çıxıb insanlara  “Qalatasaray” məni istəmədi” deməyə utanırdım”.

Qeyd edək ki, Arda Turan hazırda icarə əsasında “Başakşəhər”də çıxış edir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qəbələ”nin futbolçusu rəsmən “Sumqayıt”da

admin

Millimizin üzvü Türkiyə klubu ilə danışıqlara başladı

admin

PSJ finala bu qollarla çıxdı – VİDEO

admin