Paytaxtın “İnter” klubu bu gün “İnter” ilk 10 ilin izi ilə” kitabının təqdimat mərasimini keçirib.
İdmanxeber.com-un məlumatına görə, KİV nümayəndələrinin, klub rəsmiləri və “İnter” klubunun prezidenti Georgi Nikolovun iştirak etdiyi tədbirdə “İnter”in 10 illik yubileyinə həsr olunmuş kitabda klubun tarixindən, uğurlarından bəhs edilib. Bundan əlavə kitabda klubun fəxri prezidenti Cahangir Hacıyev və prezident Georgi Nikolovun maraqlı müsahibələri yer alıb. Əsərin müəllifi klubun mətbuat katibi Səbuhi Məmmədov və Aleksey Barvinskidir. S.Məmmədov kitabın 8 aya ərsəyə gəldiyini bildirib.