“Çelsi” və “Mançester Yunayted” yayda Alessandro Bastonini heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “İnter” 24 yaşlı müdafiəçi üçün 100 milyon avro tələb edir. “Nerazzurri” bu məbləğdən aşağı təkliflərlə maraqlanmayacaq.
Bastoni 2019-cu ildən “İnter”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb və 1 qol vurub.