“İnter”in idman direktoru Pyero Auzilio Milan təmsilçisinin Dani Alveslə maraqlandığı barədə çıxan iddiaları təkzib edib.
İdmanxeber.com-un məlumatına görə, klub rəsmisi bir cümləylə məsələyə son nöqtə qoyub:
“Dani Alves bizim planlarımızda yer almır”.
Daha öncə “neradzurilər”in braziliyalı müdafiəçini bir il sonra transfer edəcəyi yönündə xəbərlər yayılmışdı.