25 Dekabr 2024
Kateqoriyasız

“İnter” AFFA-ya olan borcunu ödədi

“İnter” üçün UEFA-nın ayırdığı müvafiq vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, klub üçün daxil olan ümumi vəsait 708.970 avro (2015/16 UEFA Avropa Liqası, uzun məsafəli səyahət üçün kompensasiya – 40.000 avro, 2015/16 UEFA Çempionlar Liqasında və 2015/16 UEFA Avropa Liqasında iştiraka görə ümumi ödənişlər (solidar ödənişlər) – 630.000 avro və “Maliyyə Fair Play”inə əsasən ayrılmış vəsait – 38.970 avro) təşkil edir.

“İnter”in AFFA-ya olan borcları tutulduqdan sonra qalıq qalan 514.203 avro klubun hesabına köçürülüb.

Qeyd edək ki, “İnter” cari mövsüm Avropa Liqasının III təsnifat mərhələsinə qədər irəliləyib. “Bankirlər” bu mərhələdə “Atletik” (Bilbao) klubuna uduzararaq turnirlə vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43