Məlumat verdiyimiz kimi, hazırda “İnter” Türkiyədə təlim-məşq toplanışı keçirir.
Bu gün komanda plana uyğun olaraq iki dəfə məşq etdi.
Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra qapıya zərbələr üzərində çalışdılar.
Axşam məşqindəsə komanda müxtəlif taktiki tapşırıqları yerinə yetirdi. Məşq prosesi ikitərəfli oyunun keçirilməsilə başa çatdı.
Xatırladaq ki, “İnter” sabah növbəti yoxlama matçını keçirəcək. Təmsilçimizin rəqibi Qazaxıstanın “Aktobe” klubu olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 19.00-da başlayacaq.