Ölkə futbolu

“İnter Arena”da ara qarışdı: Vitse-prezidentlə polis arasında insident (FOTO)

Az öncə başa çatan "İnter" – AZAL matçından sonra gəriginlik yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, Şüvəlan klubunun vitse-prezidenti matç başa çatandna sonra komandanın paltardəyişmə otağına getmək istəyib. Bu zaman polislər Hüseynovu “razdvalka”ya gedən dəhlizə buraxmayıblar. Bundan sonra gərginlik yaşanıb. 

Komandanın baş məşqçisi Tərlan Əhmədov yaranmış duruma sərt reaksiya verərək, AFFA nümayəndəsinin bu məsələyə niyə müdaxilə etmədiyinə görə kəskin etirazını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43