Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün ikinci yarısına start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, 1 aydan çoxdu yaranmış fasilədən sonra "Qarabağ" xaric bütün klublar meydana çıxacaqlar.
2015-ci ilin ilk fit səsi "İnter Arena"da eşidiləcək. Burada "İnter" "Sumqayıt"ı qonaq edəcək. Sxadadzenin yetirmələri üçün çempionluq yolunda 3 xal vacibdisə, Aqil Məmmədovun komandasının rəqibinə asanlıqla təslim olmayacağı da öncədən bəllidi.
19-cu turun digər qarşılaşmaları 31-1 fevralda keçiriləcək.
Topaz Premyer Liqası
19-cu tur
30 yanvar
16:00. “İnter” – “Sumqayıt” 0:0
Bakı. “İnter Arena”.
31 yanvar
15:00. AZAL – “Neftçi”
Bakı. “AZAL Arena”.
1 fevral
14:00. “Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
17:00. “Simurq” – “Xəzər Lənkəran”
Zaqatala şəhər stadionu.