Premyer Liqa

“İnter Arena”dan qol səsi gəlmədi – YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün ikinci yarısına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, 1 aydan çoxdu yaranmış fasilədən sonra "Qarabağ" xaric bütün klublar meydana çıxacaqlar.

2015-ci ilin ilk fit səsi "İnter Arena"da eşidiləcək. Burada "İnter" "Sumqayıt"ı qonaq edəcək. Sxadadzenin yetirmələri üçün çempionluq yolunda 3 xal vacibdisə, Aqil Məmmədovun komandasının rəqibinə asanlıqla təslim olmayacağı da öncədən bəllidi.

19-cu turun digər qarşılaşmaları 31-1 fevralda keçiriləcək.

Topaz Premyer Liqası

19-cu tur

30 yanvar

16:00. “İnter” – “Sumqayıt” 0:0

Bakı. “İnter Arena”.

31 yanvar

15:00. AZAL – “Neftçi”

Bakı. “AZAL Arena”.

1 fevral

14:00. “Bakı” – “Qəbələ”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

17:00. “Simurq” – “Xəzər Lənkəran”

Zaqatala şəhər stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43