27 Dekabr 2024
Dünya futbolu

“İnter” argentinalı hücumçu ilə danışıq aparır

“İnter” hücumçusu Lautaro Martineslə müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir.

İdmanxeber.az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, 26 yaşlı argentinalı mövsümə 10 milyon avro qazanmaq niyyətindədir. Rəhbərlik isə futbolçuya 2 milyon az təklif etməyə hazırlaşır.

Martines 2018-ci ilin iyulundan “İnter”in şərəfini qoruyur. Ümumilikdə o, klubda 267 oyun keçirib, 124 qol vurub və 41 məhsuldar ötürmə edib. 

“Transfermarkt” portalı argentinalı hücumçunun dəyərini 110 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43