Ölkə futbolu

“İnter” – “Arminiya” matçı baş tutacaq – YENİLƏNİB

Xəbər verdiyimiz kimi Bakının "İnter" klubu Türkiyə toplanışı çərçivəsində Almaniyanın "Arminiya" klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Matç öncəsi Antalyada hava şəraiti ürəkaçan deyil. Belə ki, hazırda orada güclü yağış yağır. Klubdan idmanxeber.com-a verilən məlumata görə, yağış yağmağda davam edərsə, oyun təxirə salınacaq. 

Qarşıdakı saatlarda sizi Antalyadakı son durum barədə məlumatlandıracağıq.

Qeyd edək ki, matç saat 16:30-a nəzərdə tutulub.

                                                    ****
İndicə aldığımız məlumata görə oyun baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43