Maliyyə problemi “İnter”i Avropa Liqasındna uzaq sala bilməyəcək.
Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bildirib.
Klub rəsmisi bildirib ki, komanda Avropa Liqasında çıxış edəcək. Klub prezidenti Georgi Nikolov az öncə Avropa Liqasında iştirakın sual altında olması ilə bağlı mətbuatda yayılan xəbərləri yalanlayıb. O, bildirib ki, hər bir çətinliyə rəğmən komanda Avropa Liqasında iştirak edəcək və bu mütləq olacaq.
Ancaq komandada kimlərin qalıb-qalmayacağı bilinmir. “İnter” müqaviləsi başa çatan futbolçulara yeni sözləşmə təklif etməyib.