İtaliya A seriyasının XIV turunda ikinci oyun gününə yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, gecənin son oyununda “Qarabağ”ın Avroliqadakı rəqibi “İnter” öz meydanında “Udineze” ilə qarşılaşıb.
Milan təmsilçisi Mauro İcardi ilə hesbaı açsa da, qonaqlar sonradna iki qol vuraraq 3 xalı qazanan tərəf olublar. Beləliklə, dekabrın 11-də Bakıda “Qarabağ”la matça çıxacaq Roberto Mançininin yetirmələri paytaxtımıza məyus gəlirlər.