“İnter” Peşəkar İdman Klubunun rəhbərliyi Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “İnter”-“Neftçi” oyunundan sonra yaşananları pisləyir.
Bundan başqa, klub rəhbərliyi “Neftçi” klubunun rəsmi nümayəndələrinin “İnter” klubunun prezidenti Georgi Nikolovun ünvanına səsləndirdiyi əsassız və etikadankənar fikirlərini pisləyir və belə ifadələrin işlədilməsini yolverilməz hesab edir.
Oyundan sonra dəhlizdə qonaq komandanın 3 nömrəli futbolçusu Denis Silva tərəfindən “İnter” klubunun oyunçusu David Meza Kolliyə qarşı fiziki güc tədbiq etmişdir və hadisənin qarşısının alınmasında iddia edildiyi kimi, klubun hər hansı mühafizə xidmətinin əməkdaşının iştirak etmədiyini nəzərə çatdırırıq. Hadisə oyunun protokolunda qeyd edilmişdir.