Daha iki oyunçuya Topaz Premyer Liqasında oynamaq icazəsi verilib.
İdmanxeber.com-un məlumatına görə, sifariş “İnter”dən gəlib. Belə ki, paytaxt klubu müdafiəçilər Ruslan Əmircanovla Laşa Salukvadzeni qeydiyyatdan keçirib. Hər iki futbolçu “Sumqayıt”a qarşı matçda iştirak edə bilərlər. Əmircanov 12, Salukvadze 6 nömrəli futbolka geyinəcək.