Ölkə futbolu

“İnter” davam edir

Məlumat verdiyimiz kimi, hazırda “İnter” Türkiyədə  təlim-məşq toplanışı keçirir. Yanvarın 11-də Hollandiya klubu NWC (Asten) ilə oyundan sonra yetirmələrinə bir günlük istirahət verən “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze bu gün komandasını yenidən iki dəfə meydana çıxardı.

Səhər məşqi isinmə hərəkətlərilə başladı və müxtəlif fiziki hərəkərləri özündə ehtiva edən məşğələlərlə davam etdi.

Axşam məşqindəsə futbolçular taktiki tapşırıqlar üzərində çalışdılar. Məşq komandanın ikitərəfli oyun keçirməsilə başa çatdı.

“Bankirlər”in növbəti yoxlama matçını yanvarın 15-də keçirəcək. “İnter”in rəqibi Almaniyanın 3-cü liqasında mübarizə aparan “Holşteyn Kil” komandası olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43