"İnter"də Brüs Abdulaye düyünü hələ də çözülməyib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, fransalı təcrübəli müdafiəçiyə "bankirlər" yeni müqavilə təklif edib. Lakin hazırda Fransada olan futbolçu Bank klubunun bu təklifinə hç bir cavab vermir.
32 yaşlı mərkəz müdafiəçisinə təklif olunan yeni müqavilə bir illik nəzərdə tutulub. Bir aydan sonra "İnter"lə müqaviəsi bitəcək Abdulayenin bu təklifə hansı cavab verəcəyi yaxın günlərdə bəlli olacaq.