“İnter” 26 yaşlı yarımmüdafiəçi Nizami Hacıyevlə bir illik müqavilə imzalayıb. 2010 və 2011-2013-cü illəridə komandamızın şərəfini qoruyan Nizami Hacıyev yenidən “İnter”ə qayıdıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçunun son çıxış etdiyi klub “Qəbələ” olub. Nizami Hacıyevin adı bu gün komandamızın PFL-dəki sifariş ərizəsinə təqdim olunacaq və o, sabah Premyer Liqanın ilk turunda öz keçmiş komandasına qarşı meydana çıxa bilər.
Qeyd edək ki, N.Hacıyev “İnter”də 80 nömrəli forma altında çıxış edəcək.