“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza yanvarda İtaliyada oynaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, “İnter” 27 yaşlı yarımmüdafiəçini 2025-ci ilin yanvarında mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Futbolçu keçən yay “Yuventus”dan “Liverpul”a keçib, lakin indiyədək komandasında üçün cəmi üç oyun keçirib.
Yarımmüdafiəçinin “Liverpul”la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. 2021-ci ildə Kyeza İtaliya millisinin tərkibində Avropa çempionatının qalibi olub.