“İnter” Moldovada “Tiraspol” önünə Kaxaber Sxadadzesiz çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in baş məşqçisi ötən ilə “Tromse” ilə Avroliqa matçında hakimin qərarlarına sərt şəkildə reaksiya verdiyinə və bu səbəbdən texniki zonadan uzaqlaşdırldığına görə UEFA tərəfindən cəzalandırımışdı. Məhz bu səbəbdən ötən il alınan cəza “Tiraspol”la oyunda Sxadadzenin məşqçilərlə birgə komandasının yanında olmasına mane olacaq.
Həm Moldova, həm də Bakıda baş tutacaq oyunlara komandanı Sxadadzenin köməkçiləri çıxaracaq.