Premyer Liqanın XX turunda doğma meydanında “Qəbələ”ni qəbul edəcək “İnter” bu oyuna ciddi itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, “bankirlər” sözügedən oyunda 4 əsas futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, Rauf Əliyev, Mirsahib Abbasov və Mirhüseyn Seyidov zədə, Kamran Ağayev isə cəza səbəbindən bu oyunu buraxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, “İnter” – “Qəbələ” oyunu fevralın 7-də “İnter Arena”da baş tutacaq.