“İnter” və AZAL Premyer Liqanın startı ərəfəsində yoxlama görüşü keçirib.
İdmanxeber.com-un məlumatına görə, “Şəfa” stadionunda keçirilmiş qarşılaşma “bankirlər”in 2:0 hesablı qələbəsiylə başa çatıb.
“İnter”in heyətində Baçana Sxadadze və Asif Məmmədov fərqləniblər.
Qeyd edək ki, bir həftə sonra növbəti Azərbaycan Çempionatı başlayacaq və mövsümün ilk turunda “İnter” “Şəfa” stadionunda “Qəbələ” komandasını qəbul edəcək.