Kateqoriyasız

“İnter” – “Qəbələ” oyununun nəticəsi ləğv edildi

AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib.

1 gün əvvəl yığıncaq keçirən qurumun yenidən bir araya gəlməsinə “U-17 Liqa”nın “İnter” – “Qəbələ” matçında baş verən qalmaqal səbəb olub

Hakimin ədalətsiz penalti təyin etməsindən sonra yaranan qalmaqala aydınlıq gətirən komitə matçın nəticəsini ləğv edib. Lakin buna başqa səbəb tapılıb.

“Qəbələ”nin futbolçusu Coşqun Süleymanovun sənədlərinin saxta olmasını üzə çıxaran AFFA onun yaşının azaldılmasını aşkar edib. Bu səbəbdən də, əyalət təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib, komandanın baş məşqçisi Famil Xəlilova xəbərdarlıq edilib. Belə halların yenidən baş verəcəyi təqdirdə ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. Klub isə 1000 manat cərimə olunub.

Bundan başqa isə “İnter”in futbolçusu Nəriman Hüseynov meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb. Onun komanda yoldaşı Kənan Həsənov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43