Öncədən də sizə xəbər verdiyimiz kimi "İnter"in düşərgəsində bir fransız futbolçu – Yohan Bokoqnano baxışdadı.
İdmanxeber.com-un məlumatına görə, yeni futbolçu "İnter"in "Tsyets"lə (2:0) yoxlama matçında meydanda olub və Sxadadze onun oyununu bəyənib. Sadəcə gürcüstanlı çalışdırıcı qərar verməyə tələsmir və onu bir daha sınamaq qərarına gəlib. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib:
"İlk dəfə oyuna çıxırdı, pis təsir bağışlamadı. Məşqçilər korpusu onunla bağlı hələ yekun rəy bildirməyiblər. Çox güman ki, ona bir daha şans veriləcək".