ABŞ-da təşkil olunan “Beynəlxalq Çempionlar Kuboku 2014” davam edir. Turnirin növbəti oyun günündə A qrupunda İtaliyanın iki təmsilçisi – “İnter” və “Roma” klubları üz-üzə gəlib.
Qarşılaşma “İnter”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Vidiç və Naqatomo vurub.