Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsində çıxışıyla əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən “İnter” komandası hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, “İnter Arena” stadionunda bu gün məşqə çıxan komanda üzvləri isinmə hərəkətlərindən sonra müxtəlif tapşırıqlar üzərində çalışdılar.
Xatırladaq ki, noyabrın 13-də komanda Zaqatalanın “Simurq” klubuyla qarşılaşacaq. Yoxlama matçı “İnter Arena” stadionunda baş tutacaq. Qarşılaşma saat 17.00-da başlayacaq.
Qeyd edək ki, zədə üzündən bir müddət meydançadan uzaq qalmış Baçana Tsxadadze də artıq Bakıdadır və gürcüstanlı hücumçu dünəndən etibarən fərdi məşq edir.