Premyer Liqa

“İnter” “Simurq”u Zaqatalada məğlub etdi- YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start verilir.

İdmanxeber.com-un məlumatına görə, turun açılış matçı Zaqatalada baş tutacaq. Burada "Simurq" doğma azarkeşləri önündə "İnter"i qonaq edəcək. Avrokubokları hədəfləyən hər iki komanda üçün 3 xal vacibdi.

Turun qalan görüşləri sabah keçiriləcək.

Premyer Liqa

21-ci tur

14 fevral (cümə)

15:00. "Simurq" – "İnter" 0:1
Qol: Madriqal, 72

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Mübariz Haşımov, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov.

Zaqatala. Zaqatala şəhər stadionu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43