Avstriyada təlim-məşq toplanışında olan Bakı “İnter”i növbəti yoxlama matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Bank klubu Slovakiyanın “Spartak Trnava” klubu ilə qarşılaşıb.
Qarşılaşma “İnter”in məğlubiyyəti ilə başa çatıb – 1:2. “Bankirlər”in yeganə qoluna Matiya Şpiçiç imza atıb.
Qeyd edək ki, “İnter” daha öncə keçirdiyi iki yoxlama matçında Avstriyanın “Buxşaxen” klubunu 5:0, “Şturm”u isə 3:2 hesabı ilə məğlub edib.