Ölkə futbolu

“İnter” – “Sumqayıt”: Məşqçi fikirləri

Topaz Premyer Liqasında XIX tura bu gün “İnter Arena”da start verildi. İdmanxeber.com-un məlumatına görə, “İnter” və “Sumqayıt” komandalarının üz-üzə gəldiyi ilk oyunda qapılara qol vurulmadı.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “İnter” bizim üçün həmişə çətin rəqib olub. Buna baxmayaraq, bu gün yaxşı oyun sərgilədik. Sona qədər mübarizə aparan futbolçulara təşəkkür edirəm. Qələbə əldə edə bilməsək də, 1 xal qazandıq. Hücumda zəif deyildik. Sadəcə, “İnter” boşluqlar yaratmadı”.

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Yaxşı oyun alındı. Məncə, Türkiyə toplanışından sonra həm özümüz, həm də mətbuat komanda barədə çox danışdıq. Belə demək mümkünsə, gözə gəldik. Penaltini ona görə Yohan vurdu ki, Baçana meydançada yox idi. Penalti vuranların sıralamasında Baçana birincidir. Amma mən penaltini qola çevirə bilməyən Yohanı qınamıram. Belə hallar olur. Komandadan getmə məsələm barədə danışmaq istəmirəm. Çünki mən çempionatın qarşıdakı oyunlarına köklənmişəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43