Avropa Liqasının birinci təsnifat mərhələsində cavab matçında Moldovanın “Tiraspol” klubu ilə qarşılacaq “İnter”in Bakıda baş tutacaq matçı üçün biletlər satışa çıxarılıb.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, 10 iyul saat 21:00-da start götürəcək oyun üçün satışa 3 min bilet buraxılıb ki, bunların da qiyməti 1manatdır.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş “bankirlər”in 3-2 hesablı qələbəsi ilə sonlanmışdı.